Xəbər lenti
Bütün xəbərlər

5 yaşlı qızı zorlayıb boğan Pirallahı manyakının məhkəməsi başlayır

  • 23 okt 2015, 22:44
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 5 yaşlı qızı zorlamaqda və qətlə yetirməkdə ittiham olunan Pirallahı rayon sakini, 1983-cü il təvəllüdlü Çernov Yakovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı oktyabrın 30-a təyin edilib.

Qeyd edək ki, hadisə bu il may ayında baş verib. Çernov Yakov qonşuluqda yaşayan 5 yaşlı Nigarı( ad şərtidir) həyətdə tək oynadığını görüb. Onun yanına gələrək, Nigara dondurma verəcəyini vədd edərək, yaşadığı mənzilin ikinci mərtəbəsinə qaldırıb. Ç. Yakov 5 yaşlı qızla təbii və qeyri təbii yolla cinsi əlaqə olub. Təqsirləndirilən şəxs qonşuların həyətdə səsini eşitdiyini görərək Nigarı( ad şərtidir) birinci məftillə boğmağa başlayıb. Buna nail ola bilməyən Çernov əli ilə qızın nəfəs borusunu tutaraq boğaraq öldürüb. Qatil Nigarı( ad şərtidir) xalçaya bükərək, axşamın düşməsini gözləyib. Onun məqsədi qızı həyətdə basdırmaq olub. Polis əməkdaşları hadisədən şübhəli olan Çernovun evində axtarış edib. Bu zaman qızın atası həyətdə palazın bükülmüş şəkildə görüb. Ata qızının zorakılıq əlaməti olan meyiti aşkarlayıb. Polis əməkdaşları Çernov Yakovu saxlayıblar. Ç. Yakov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə), 120.2.6 (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə), 120.2.9 ,( təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 144.3 (etkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) 150.3.3 (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ittiham olunur. Xatırlatmaq kimi bildirək ki, Ç. Yakovun bu əməlləri məhkəmə istintaqı zamanı sübuta yetirilərlə, o ömürlük azadlıqdan məhrum edilmə cəzasına məhkum ediləcək.
Oxşar xəbərlər