Dənizdə batan 3 nəfər xilas oldu

  • 16 iyun, 20:47
  • baxış sayı: 550

FHN dənizdə batma təhlükəsi ilə üzləşən 3 nəfəri xilas edib

 


Demokratik.Az FHN-ə istinadən xəbər verir ki, paytaxtın Sabunçu rayonunda 2 nəfər dənizdə (xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşib. Vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilib.

Digər hadisə isə Bakı şəhəri, Binəqədi rayonunda baş verib. Rayon ərazisində 1 nəfər dənizdə (xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşib.

Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilib.

Oxşar xəbərlər