Xəbər lenti
Bütün xəbərlər

Hacı İbrahim Nehrəmli azad olundu

  • 27 may 2015, 20:40

Hacı İbrahim Nehrəmli: Vaxtı keçmiş kreditimi bağladım, sərbəst buraxılmışam

 

"Qalan hissəsini isə qrafikə uyğun ödəyəcəm”.

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılan "Avesta” konserninin prezidenti, iş adamı Hacı İbrahim İbrahimov (Nehrəmli) sərbəst buraxılıb.

Demokratik.Az xəbər verir ki, bu barədə iş adamı özü apa-economics-ə bildirib.

"Bildiyiniz kimi, mənim Azərbaycan Beynəlxalq Bankından götürdüyüm kreditin vaxtı 2019-cu ildə başa çatır. Vaxtı keçmiş kreditimi bağladım, qalan hissəsini isə qrafikə uyğun ödəyəcəm”, – deyə o qeyd edib.

Konsernin prezidenti qeyd edib ki, onun ölkədən qaçarkən saxlanılması ilə bağlı mətbuatda yayılan xəbərlər həqiqəti əks etdirmir. Bir müddət öncə ölkəni tərk etməsinə qoyulan qadağanın aradan götürülüb-götürülməməsi ilə bağlı suala isə iş adamı bu cür cavab verib: "Hər şey normaldır, qaydasındadır”.

O qeyd edib ki, "Avesta” konserninin ləğv olunması və ya satılması ilə bağlı yayılan xəbərlər də yalandır.

Oxşar xəbərlər