Xəbər lenti
Bütün xəbərlər

Maşın gölə düşdü - Xəsarət alan var

  • 27 may 2015, 13:45

 

Bakının Qaradağ rayonunda minik maşını gölə düşüb.

Hüquq-mühafizə orqanlarından anspress-ə verilən məlumata görə, hadisə saat 02 radələrində Lökbatan qəsəbəsində, Buta gölü adlanan ərazidə baş verib.

Həmin gölün yaxınlığından keçən "Mercedes" markalı avtomobil sürətlə hərəkət edərkən yoldan çıxıb. Sürücü avtomobilə hakim ola bilməyib və maşın gölə düşüb.

Məlumat daxil olan kimi hadisə yerinə xilasedicilər cəlb olunublar. Sürücü maşından göldən çıxarılıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər