Əli Əliyevin həbs müddəti daha 6 ay artırıldı
- 23 iyun 2022, 15:43
Yasamal Rayon Məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyev barəsində xüsusi ittiham qaydasında verilən şikayət üzrə hökm oxunub.
Hökmə əsasən VİP sədri daha 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Proses hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilib.
Hökmdə qeyd edilib ki, Əli Əliyevin əvvəlki cəzaları birləşdirilib və ona 1 il azadlıqdan məhrumetmə cəzası təyin olunub.
Xatırladaq ki, Əli Əliyev barəsidnəYAP Binəqədi təşkilatının sabiq sədri Ramiz Göyüşov xüsusi ittiham qaydasında iddia qaldırmışdı.
VİP sədri Əli Əliyev 2021-ci il noyabrın 30-da qəzaya uğrayan DSX-ya məxsus "Mi-17" tipli helikopterdə sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun xüsusi ittiham qaydasında şikayəti əsasında Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə (böhtan) uyğun həbs olunmuş, ona 6 aylıq cəza kəsilmişdi...