DƏHŞƏT: Bakı sakinini Xaçmazda döyüb yandırdılar

  • 16 iyun 2022, 08:55
Xaçmaz rayonunda döyülmə hadisəsi olub.
Demokratik.Az "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Susay kəndində qeydə alınıb.
Belə ki, Bakıdan Xaçmaza quşçuluq fermasına işləməyə gələn 1968-ci il təvəllüdlü Zaur İslam oğlu Abdullayev tanıdığı şəxslər tərəfindən döyülüb, sonra ağaca bağlanılaraq yandırılıb.
Müxtəlif dərəcəli yanıq xəsarətləri alan yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
Oxşar xəbərlər