Demokratik TV
Xəbər lenti
Zakir Qaralovun əmlakı müsadirə edilə bilər
- 02 iyun 2022, 12:51
“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC növbəti dəfə məhkəməlik olub.
Şirkət İnzibati Xətalar Məcəlləsinin 490.2-ci maddəsinin tələblərini pozub.
Gömrük qaydaları əleyhinə inzibati xətaya yol verməyə görə məhkəməlik olan şirkət, aparılması və ya qaytarılması məcburi olan əvvəllər gətirilmiş və ya aparılmış mallar və nəqliyyat vasitələrinin Azərbaycanın gömrük ərazisindən kənara aparılmamasında və ya bu əraziyə qaytarılmamasında ittiham olunur. Bu maddəyə görə, inzibati xətanın bilavasitə obyekti olan mallar və ya nəqliyyat vasitələri müsadirə edilir, yaxud vətəndaşlar həmin malların və ya nəqliyyat vasitələrinin dəyərinin yetmiş faizindən yüz faizinədək məbləğdə cərimə edilir.
Nərimanov Rayon Məhkəməsində iyunun 13-də keçiriləcək prosesə hakim Gültəkin Əsədovanın sədrliyi ilə baxılacaq.
Xatırladaq ki, bundan öncə “Akkord” İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə də məhkəməyə verilib.
Qeyd edək ki, Akkord Şirkətlər Qrupu sabiq baş prokuror Zakir Qaralova məxsusdur. Şirkətin hazırda 2 milyondan çox vergi borcu var. /qafqazinfo.az/

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Hürriyyət" yazır - DGK-da MİLYONLUQ YEYİNTİ
Prezident "Media haqqında" qanunu təsdiqlədi - Tam Mətn
“Media haqqında” qanun layihəsinin tam MƏTNİ
İlham Əliyevin mətbuat konfransının TAM MƏTNİ
Prezident gözlənilən əfv sərəncamını imzaladı - SİYAHI
Xaricdən avtomobil gətirən şəxslər əlavə ödənişlərə məcbur edilir /FAKTLAR
Heydərovların biznes imperiyası - Dövlət içində dövlət (ŞOK SİYAHI)
Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım edən şirkətlərin – TAM SİYAHISI
Əhaliyə 60 faizlə pul verən kredit təşkilatı haqqında ŞOK İDDİA
Cavid Qurbanovun Şərq-Qərb dəhlizi boyunca uzanan BİZNESİ
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti