Demokratik TV
Xəbər lenti
Akif Çovdarovun 33 milyonu özünə qaytarılır?
- 02 iyun 2022, 12:08
Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun müsadirə olunan əmlakı ilə bağlı məsələ yenidən gündəmə gəlib.
Ötən ilin dekabrında Ali Məhkəmədə Akif Çovdarovun kasasiya şikayəti üzrə qərar qəbul edilmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdi. Akif Çovdarov Ali Məhkəməyə müraciətində barəsində olan məhkəmə hökmü ilə bağlı ona bəraət verilməsini və müsadirə olunan əmlaklarının geri qaytarılmasını istəyirdi. Ali Məhkəmə işə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərsə də, hələ şikayətə baxılmayıb.
Musavat.com xəbər verir ki, Akif Çovdarovun vəkili Kamandar Nəsibov Cebhe.info-ya bildirib ki, əmlakların qaytarılması üçün uzun müddətdir müraciət olunub:
“Akif Çovdarovun ailəsi bununla bağlı 5 il öncə məhkəməyə müraciət edib. Yeni bir şey yoxdur”.
Qeyd edək ki, Çovdarovun ailə üzvlərinin yaşadığı evdən başqa, 33 milyon manatlıq digər mülkləri zərərçəkmişlərin xeyrinə müsadirə olunub. Akif Çovdarov Cinayət Məcəlləsinin mənimsəmə və ya israfetmə, qanunsuz azadlıqdan məhrumetmə, 308-ci vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvətalmada günahlandırılıb. 12 il azadlıqdan məhrum edilib.
2020-ci ildə Akif Çovdarov əfv sərəncamı ilə cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Prezident gözlənilən əfv sərəncamını imzaladı - SİYAHI
Prezidentin ƏFV etdikləri arasında tanınmışlar da var + SİYAHI
İlham Əliyev əfv sərəncamı imzaladı - TAM SİYAHI

İLHAM ƏLİYEV onları əfv etdi - TAM SİYAHI
İlham Əliyevin mətbuat konfransının TAM MƏTNİ
Repressiya qurbanı olmuş qələm sahiblərimiz
Çovdarovlar ailəsi MƏHKƏMƏYƏ ÜZ TUTDU
İlginc! Akif Çovdarovun düşmənçilik etdiyi bazarın sahibini güdüb, bıçaqladılar
İmkanlı, vəzifəli qudalar, yeznə-qayınlar, bacanaqlar…- (I YAZI)
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti