Paytaxtın 218 saylı orta məktəbində şagird şagirdi bıçaqlayıb

  • 18 may 2022, 17:29
Bir müddət əvvəl Xəzər rayon Binə qəsəbəsində Hövsan Südçülük sovxozunda yerləşən Rəşid Baxışov adına 218 nömrəli tam orta məktəbdə şagidlər arasında müşahidə edilən kriminogen meyillənmələr və digər xoşagəlməz olaylar barədə məlumat vermişdik. Məktəbin valideyni Əkbər Sadıyevin şikayəti əsasında üzərində bıçaq, siqaret gəzdirən yeniyetmələrin məktəb binasında sabitliyi və təhlükəsizlik qaydalarını pozmaları, azyaşlı uşaqları siqaretə, digər zərərli vərdişlərə aludə etməyə cəhd etmələrini ictimailəşdirmişdik. Xəbərin yayılmasının ardından, Xəzər rayon polis şöbəsi və Bakı Baş Polis İdarəsinin mətbəbi nəzarətə götürdüklərini, zəruri-profilaktik işlər aparmalarını da qeyd etmişdik.

Demokratik.Az təəssüf hissilə bildirir ki, dünən sözügedən məktəbdə günorta saatlarında şagirdlər arasında dava düşüb və nəticədə 9-cu sinif şagirdlərindən biri digərini bıçaqlayaraq xəsarət yetirib. Aldığımız məlumata görə, hadisədən dərhal sonra olay yerinə təcilli tibbi yardım və polis əməkdaşları cəlb edilib. Hazırda hadisənin təfərrüatları araşdırılır, müvafiq tədbirlər həyata keçirilir.

Baş verənlər göstərir ki, deyilən məktəbin direktoru Əbülfət Bağırov məktəbdə sağlam mühitin yaradılması işində heç də uğurlu və səmərəli iş qura bilməyib.

Demokratik.Az 
Oxşar xəbərlər