Gəncədə şagird özünü 30 saylı məktəbin yuxarı mərtəbəsindən yerə atdı

  • 06 may 2022, 20:24
Gəncənin Vüqar Veysəlov adına 30 saylı orta məktəbinin 9-cu sinif şagirdi Rizvan Hüseynov özünü məktəbin ikinci mərtəbəsindən aşağı atıb. Gözlənilməz hadisə zamanı şagirdin hər iki ayağının topuq və digər nahiyələrində sınıqlar qeydə alınıb.
Demokratik.Az-a məktəbdən daxil olan məlumata görə, şagirdə zəruri tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Şagirdin özünü hansı səbəbə yuxarı mərtəbədən yerə atması polis tərəfindən araşdırılır. Məktəb rəhbərliyi isə uşağın sadəcə pilləkənləri düşərkən ehtiyyatsızlıqdan yerə yıxıldığını iddia edir.

Demokratik.Az
Oxşar xəbərlər