Türk diplomatını öldürən ASALA terrorçusu İrəvanda saxlanılıb

  • 05 may 2022, 15:10
İrəvanda keçirilən etiraz aksiyasında ASALA terroçu təşkilatının üzvü Ambik Sasunyan saxlanılıb. 
Bu barədə hüquq müdafiəçisi Ruben Melikyan Facebook səhifəsində yazıb.
Terrorçu Sasunyan 1982-ci ildə Los-Anceles şəhərində Türkiyənin konsulu Kamal Arıkı qətlə yetirib. Bu qətlə görə, o ömürlük həbs cəzası alıb. 2002-ci ildə azad olunması üçün müraciət etsə də əvf xahişi rədd edilib. 2021-ci ilin oktyabrında azadlığa buraxılıb və Sasunyan Ermənistana qayıdıb.
Oxşar xəbərlər