Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Xəbərlər » Kriminal » Kürdəmirdə polis əməliyyatı - rayon sakinlərindən silah və narkotik götürüldü
Kürdəmirdə polis əməliyyatı - rayon sakinlərindən silah və narkotik götürüldü
- 30 apr 2022, 14:41
Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində əməliyyat tədbiri keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Demokratik.Az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq silah saxlamaqda şübhəli bilinən rayon sakini Rauf İslamov saxlanılıb. Ona məxsus çay evinə keçirilən baxış zamanı oradan bir ədəd atəşə yararlı “Revolver” tipli tapança, bir ədəd pnevmatik silah və bir ədəd daraq aşkar edilərək götürülüb.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbiri nəticəsində isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Kürdəmir rayonu Muradxan kənd sakini Ramiz Abdullayev saxlanılıb.
Onun üzərinə keçirilən baxış zamanı müxtəlif çəkilərdə “patı” və “şüşə” adlanan psixotrop maddə metamfetamin, idarə etdiyi nəqliyyat vasitəsindən isə heroin və marixuana, eləcə də bir ədəd elektron tərəzi aşkar edilib.
Faktlarla bağlı hər iki şəxs barəsində Kürdəmir RPŞ-də araşdırmalar davam etdirilir.



Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Prezident "Media haqqında" qanunu təsdiqlədi - Tam Mətn
Azərbaycanda onlayn narkotik satışı “çiçəklənir”
İlham Əliyev 12 fərman imzaladı
“Media haqqında” qanun layihəsinin tam MƏTNİ
İlham Əliyevin mətbuat konfransının TAM MƏTNİ
4 il öncənin aprel döyüşlərini UNUTMAYAQ!
Azərbaycanda bir nəfərin 7 silahı ola bilər
DİN-dən geniş əməliyyat - 14 narkotacir 27 kq narkotiklə saxlanılıb - VİDEO
MTN SABİQ NAZİRİ NECƏ HƏBS EDİB?
Bakıda polis əməliyyatlar keçirib, daha 40 nəfər saxlanılıb
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti