Şənlikdə güclü yanğın

  • 23 may 2015, 07:51
Ağcabədi rayonunda güclü yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə Şənlik kəndində qeydə alınıb.

Rayon mərkəzindən 18 km aralı kənd bələdiyyəsinə məxsus ərazidə 10 ha quru ot və kol-kos yanıb.


Məlumat daxil olan kimi hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Digər otlaq sahələr yanğından mühafizə olunub.

Yanğın saat 20:53-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxşar xəbərlər