Yas mərasimlərinə qoyulan qadağa nə vaxt götürüləcək? - AÇIQLAMA

  • 28 yan 2022, 20:35
Ölkədə pandemiya ilə bağlı tətbiq olunan bir çox məhdudiyyətlər artıq ləğv edilib.
Toyların keçirilməsinə müəyyən şərtlərlə icazı verilib. Hətta koronavirus xəstələri üçün nəzərdə tutulan 14 günlük karantin müddəti də 7 günə endirilib.
Lakin pandemiya başlayandan bəri yas mərasimlərinin keçirilməsinə qoyulan qadağa hələ də qüvvədədir. Millət vəkili Ceyhun Məmmədov bununla bağlı "Xəbər Ertəsi" proqramına danışıb.
C.Məmmədov açıqlamasında bildirib ki, yas mərasimlərinə qoyulan qadağalara gələcəkdə baxılması məqsədəuyğundur: "Əgər biz toylara icazə veririksə, yas məsələsi də nəzərdən keçirilə bilər. Onsuz da insanlar evlərdə yas mərasimləri təşkil edirlər. Evdə bəzən 50-150 nəfər toplaşaraq yas mərasimi keçirir. Evlərdə buna nəzarət etmək daha çətin olur. Bəzən isə Bərdə rayonunda qeydə alınan hadisələr təkrarlanır. Polislə yas mərasimi sahibi arasında qarşıdurma müşahidə olunur. Amma biz toylara tətbiq etdiyimiz qaydalar kimi müəyyən say müəyyənləşdirməklə yasların da keçirilməsinə icazə verə bilərik".
C.Məmmədov bildirir ki, yas mərasimlərinin müəyyənləşdirilmiş yerlərdə keçirilməsinə müəyyən imkan yaradılacaq. Onun sözlərinə görə, necə ki, restoranlarda keçirilən el şənliklərinə polis nəzarət edir, mərasim evlərində yasların da təşkilinə nəzarəti də təmin etmək mümkün olar./Xəzər TV/
Oxşar xəbərlər