Demokratik TV
Cəlilabad rayonunda məktəb direktoru öz işçisini intihara sövq edib

Bu barədə məlumatı jurnalist Rəşad Əkbəroğlu özü ilk olaraq “Facebook” səhifəsində yazıb.
O, həmçinin bildirib ki, övladları da psixoloi gərginlik, qorxu içərisindədir:
“Mən rayonun həmin və digər məktəblərində baş verən qanunsuz halları ictimailəşdirdiyimə görə bir neçə müddətdir ki, ailəm, həyat yoldaşım 7 saylı məktəbin direktoru tərəfindən davamlı olaraq təzyiqlərə məruz qalır. Həyat yoldaşıma qarşı insanlığa zidd hərəkətlər edilir. Məktəbdə xüsusi təmayüllü qrup açılıb. Mətbəxin işçisi ola- ola yoldaşıma deyib ki, sən Lənkəranlısan, o bölgədən yaxşı yemək bişirənlər çıxır. Belə deyib yoldaşıma yemək bişirtdirib. Daha sonra onu marketə göndərirmiş ki, ərzaq al, evimə yemək bişir. Köhnə kitab və jurnalların tozunu aldırıb.və.s.Ayın 21-i tarixində 7 saylı tam orta məktəbin direktoru Səidə Şükürova qeyri- qanuni dərs saatını pozaraq iclas çağırıb. İclasda mənə qarşı iddialar qaldıraraq, bəzi şəxsləri hansısa sənədlərə imza atmağa çağırıb. Həmin insanlar direktorun qorxusundan deyilən sənədə mənim həbs olunmağımla bağlı imza atıblar. Daha sonra tapşırıq verib ki, kimsə mənim həyat yoldaşımı məktəbdə danışdırmasın, münasibət qurmasın. Çünki onun əri, yəni mən jurnalistəm. Guya məktəbdə olan səsləri, danışıqları həyat yoldaşım mənə çatdırır, mən də bunu ictimailəşdirirəm”.
Jurnalist bildirib ki, məktəbdə olan qanunsuzluqlardan xəbərdardır: “Sadəcə olaraq, insan olaraq göz yummuşam. Məktəbə gələn valideynləri təhqir edib, onları alçaldır. “Facebook”un mesaj qutusuna bununla bağlı mesajlar gəlir.
O qadın Cəlilabad məktəbini ləkələmək istəyir. Mən məktəbdə bir neçə problemi işıqlandırdığıma görə həyat yoldaşımın otağını əlindən alıb, vəzifəsindən kənar işlər gördürüb. Psixoloji şiddət nəticəsində yoldaşım intihara cəhd edib. Cəlilabad rayon prokurorluğunda ölüm həddinə çatdırlma maddəsi ilə istintaq prosesi gedir.3 övladım 4 gündür psixoloji sarsıntı keçirir”.


Qarşı tərəfin mövqeyin öyrənmək üçün Cəlilabad rayon 7 saylı orta məktəbin direktoru Səidə Şükürova ilə telefon bağlantısı yaratmağa çalışdıq. Ancaq o, zənglərimizə cavab vermədi.
Şikayət diqqətdə saxlanılacaq, qarşı tərəfin bundan sonra da mövqeyini işıqlandırmağa hazırıq. /mənbə - Turantv.az/
