Demokratik TV
Qaxda cüyür ovlayan şəxs saxlanılıb

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Demokratik.Az-a verilən məlumata görə, İlisu kəndi ərazisində xidmət aparan polis əməkdaşları
meşə istiqamətindən gələn “Niva” markalı avtomobili nəzarət qaydasında saxlayıblar.
Yevlax rayon sakini Seymur Abdullayevin idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilərkən qanunla ovlanması qadağan edilmiş bir baş cüyür
heyvanının kəlləsi və ayaqları, ov əti, eləcə də “İJ” markalı tüfəng aşkar edilib.
Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.

