VİP sədri Əli Əliyev həbs edildi

  • 13 yan 2022, 17:35
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev həbs edilib.
Demokratik.Az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin polkovnik-leytenantı Emil Cəfərovun Əli Əliyev barəsində xüsusi ittiham qaydasında şikayəti ilə bağlı hökm oxunub.

Ə.Əliyev məhkəmənin hökmü ilə 5 ay həbs cəzası verilib. O, məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevdən 2021-ci il noyabrın 30-da qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus Mi-17 tipli helikopterdə sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov şikayətçi olmuşdu.

Onlar bildirirdilər ki, Əli Əliyev helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyünü bildirərək onlara qarşı ittiham irəli sürüb.
Qeyd edək ki, məhkəmə prosesində Əli Əliyevin səhhəti pisləşib. Vəkili Elçin Sadıqov bildirib ki, onun təzyiqi qalxıb, amma müdaxilə edilməsinə imkan verilməyib. /musavat.com/
Oxşar xəbərlər