Bakıda direktor şagirdləri döydü: Polis araşdırmalara başladı

  • 07 yan 2022, 14:52
“Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktorunun şagirdlərlə uyğun olmayan davranışının əks olunduğu görüntülərdən məlumatlıyıq”.
Bu sözləri Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, ərazi üzrə Nəsimi RPİ-nin 19-cü Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır:
“Hazırda təhqiqat qrupu məktəbdədir. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.
15:30
Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktorunun şagirdlərlə uyğun olmayan davranışının əks olunduğu video ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılır.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq idarədən bildirilib.
Qurumdan qeyd edilib ki, araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək:
“Ümumi təhsil müəssisələrində müəllim-şagird münasibətlərinin tənzimlənməsi və uşaqların psixoloji dayanıqlılığının artırılması məqsədilə müvafiq tədbirlər həyata keçirilir.
Məktəbin, müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır”.
13:40
Bakı şəhərində məktəb direktoru şagirdləri döyüb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, paytaxtda fəaliyyət göstərən 9 nömrəli tam orta məktəbin direktoru Zinyət Əhmədova təhsil ocağında şagirdlərə əl qaldırıb.
Onun bu hərəkəti kameraya düşüb.
Həmin görüntüləri təqdim edirik:
Oxşar xəbərlər