Demokratik TV
Gəncə Beynəlxalq Xəstəxanasının həkimi pasienti müayinədən birdəfəlik imtina etdi - SƏBƏB

Demokratik.Az bildirir ki, bu barədə məlumatı "Dünyanınsəsi.az" saytı yayıb.
Saytın bildirdiyinə görə, Kəlbəcərli Uğurlu Bəşirov şikayətində deyib ki, o, Gəncə Beynəlxalq Xəstəxanasının daimi pasienti olub. Və 06 yanvar 2022-ci ildə də ora müayinə olunmaq üçün gedib. Qəbul üçün pul vəsaiti ödəyərək qəbz alıb və növbəyə dayanıb. Lakin, həkim kordioloq Sənan Təhməzov və Emin adlı həkimlər öz yaxınlarını növbədənkənar qəbul ediblər və qaydaları pozublar. Belə olan halda, Bəşirov adıçəkilən həkimlərə öz etirazını bildirib. Nəticədə də xəsətənin ödəniş qəbzi üzünə çırpılaraq ağır sözlərlə övladının yanında xəstəxandan qovulub. Şikayətçi bu barədə Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə də məlumat verib.
Maraqlıdır ki, olayı Gəncə Beynəlxalq Xəsətəxansının İnvaziv Kardioloqu DR. Sənan Təhməzov özü də təsdiq edib.
O, qısa açıqlamasında bildirib: ”Bəli, Uğurlu Bəşirov qəbulumuzda olub. Növbədənkənar xəstə qəbulu ilə bağlı insident yaranıb. Məhz buna görə də onu qəbul etməkdən imtina etmişəm. Mən onun ödəmiş olduğu vəsaiti cibimdən qaytarası olsam belə, onu təkrar qəbul etməyəcəm” – deyə bildirb.

Demokratik.Az
