RƏZALƏT! Ayaz Əsgərov "qumbili"lərlə "demokratik.az"-ı söyməyə başladı, sərəncamı üzə çıxdı...

  • 26 noy 2021, 21:08
Yardımlının icra başçısı Ayaz Əsgərov tənqidlərdən dərs çıxarmaq əvəzinə Demokratik.Az saytını söydürməyə başlayıb.Müxtəlif zənglərlə və watsap yazışma imkanından istifadə edən bəzi "qumbili"lər saytı söyüş atəşinə tutublar.
Yazılması mümkün olmayan ifadələrin müstəqil mediaya qarşı yönəldilməsi Yardımlının icra başçısı Ayaz Əsgərovun və onun özbaşına əməllərinə bəraət verməyə cəhd edənlərin mənəvi dünyasının və əxlaqının göstəricisi sayıla bilər.
Söyüşün məğzindən və məqsəddən aydın olur ki, ((050)964-20-74) naqis əmələ yol verən şəxs "qumbili" ləqəbilə mobil telefon nömrəsi istifadəçisidir. Eləcə də söyüş icraçısının dediklərində icra başçısı Ayaz Əsgərovun xüsusi sifarişinin qoxusu gəlir.

Xatırladaq ki, Demokratik.Az-ın 05 noyabr 2021-ci il tarixli sayında Yardımlı şəhərinin mərkəzindəki Heydər Əliyev prospekti 122 ünvanında ticarət-iaşə obyekti tikildiyi xəbərini ictimailəşdirmişdik.
İndi aydın olur ki, sözügedən ünvanda İcra başçısı Ayaz Əsgərovun yeni oyunları və pul maraqları var. Hələ də həmin ünvanda Ayaz Əsgərovun şəxsən rəvac verdiyi, aidiyyatı məsul qurumların da susqunluqla qarşıladığı qanunsuz tikinti işləri davam edir.
Əldə etdiyimiz yeni sənəd də bunu deyir. Məhz Ayaz Əsgərovun 02 noyabr 2021-ci il tarixli sərəncamına görə, sabiq icra başçısının imzaladığı 04 iyul 2014-cü il tarixli sərəncamın ləğvinə cəhd edilib. Sərəncamın hüquqi əsasının nə dərəcədə mövcudluğunun incələnməsini aidiyyatı şəxslərin ixtiyarına buraxırıq. Sədədə gəlincə, belə anlamaq olar ki, icra başçısının məqsədi 25 min manat müqabilində mülkiyyət sahibi Teyyubov Rüstəm İsrafil oğlunun torpağını əlindən almaq olub. Bu barədə Yardımlıda müxtəlif söz-söhbətlər yayılıb və müzakirə olunmaqdadır. Bəlkə də başçı şəhid ailəsinin adından sadəcə "qalxan" kimi istifadə edir.

Mənbəmizin bildirdiyinə görə, icra başçısı yuxarıdakı özbaşınalıqları şəhid ailəsi olduğu deyilən kiməsə yarınmaq üçün edir. Lakin, edərkən də birinin mülkiyyət hüququna qəsd edir, şəhid ailəsini başqaları ilə qarşı-qarşıya qoyur, ən əsası da şəhərsalma və arxitektura komitəsini heçə sayaraq digər qanunlardan irəli gələn tələblərin mahiyyətindən yayınmağa çalışır. Bir başqasını incidib də şəhidə də pulsuz torpaq vermək əvəzinə, 25 minə ona torpaq düz-qoş edənin niyyətini əslində anlamaq və əməlini araşdırmaq lazımdır.

Məlumatı dəqiqləşdirdik ki, icra başçısı qanunsuz tikililərin aparıldığını ictimailəşdirdiyimiz üçün təlaşa qapılıb, şəhid ailəsini işi ləngiməsin və sənədlər düzəltməsinlər deyə bizi söydürməyi çıxış yolu seçib. 

İcra başçısının hərəkətlərini şiddətlə qınayır, onu əxlaqlı davranmağa və ölkənin qanunlarına hörmətlə yanaşmağa dəvət edirik...
(Sözügedən söyüş mətni qısa müddət sonra müəllifi tərəfindən silinib...)
Demokratik.Az
Oxşar xəbərlər