Tovuzda məşhur aşığın MEYİTİ TAPILDI

  • 25 noy 2021, 23:15
Noyabrın 20-də Tovuz rayonunda itkin düşən şəxsin meyiti tapılıb.
Rayonun Əyyublu kənd sakini olan 67 yaşlı Zahid İbrahim oğlu Qasımovun meyiti Əsrik Cırdaxan kəndində çayda aşkarlanıb.
Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Qeyd edək ki, Zahid Qasımovun noyabrın 20-də evdən çıxdığı, bir daha geri qayıtmadığı bildirilib. Mərhumun Tovuzda tanınmış aşıq olduğu bildirilir.
Oxşar xəbərlər