Siyəzən polisi karantin rejiminin tələblərinə dair reyd keçirdi - fotolar

  • 12 noy 2021, 20:43
Nazirlər Kabineti yanında Operativ Qərargahın Koronavirus infeksiyasının qarşısının alınması məqsədilə müəyyən etdiyi qaydaların yerinə yetirilməsi
istiqamətində Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən nəzarət- profilaktiki tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Demokratik.Az-a verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı virusun yayılma riskinin yüksək olduğu qapalı məkanlarda – market, mağaza və digər obyektlərdə, eləcə də ictimai nəqliyyatda bəzi vətəndaşların hələ də karantin rejiminin tələblərinə əməl etmədiyi aşkarlanıb. Polis əməkdaşları tərəfindən tibbi maskalardan istifadənin zəruriliyi və sosial məsafənin gözlənilməsi ilə bağlı tövsiyələr verilib. Qaydalara əməl etməyən şəxslərə xəbərdarlıq edilməklə =qanunamüvafiq tədbirlər görülüb.
Oxşar xəbərlər