Azərbaycanlı reper xəstəxanaya yerləşdirildi – FOTO

  • 05 okt 2021, 18:53
Rusiyada məşhurlaşan azərbaycanlı reper HammAli (Aleksandr Əliyev) xəstəxanaya yerləşdirilib.
Musavat.com xəbər verir ki, bu haqda onun həmkarı Navai (Nəvai Bəkirov) sosial şəbəkədə məlumat yayıb. İfaçıların ötən gün Düşənbədə konserti planlaşdırılsa da, onlar iştirak edə bilməyib.
Navai bildirib ki, HammAlinin qəfildən hərarəti və təzyiqi qalxıb. Onların təyyarəyə minməsinə icazə verilməyib. O, konsertin təxirə düşdüyünü açıqlayıb.
"Düşənbə, çox təəssüf edirəm. Məni səhhətim yarı yolda qoydu, uçuşa buraxmadılar. Son beş ildə ilk dəfədir ki, mənimlə bu hal baş verir. Yəqin dincəlməyə ehtiyacım var. Sağalacam və biz mütləq görüşəcəyik" deyə, HammAli açıqlama yayıb.
Oxşar xəbərlər