ATU-da ciddi korrupsiya faktları mövcuddur… – TƏFTİŞ BAŞLAYIB

  • 04 okt 2021, 11:50
Azərbaycan Texnologiya Universiteti (ATU) 8 ildə idarəçilikdən xəbəri olmayan bir adamın rəhbərliyi nəticəsində uçrumun başındadır. Təsəvvür edin ki, ömründə təyyarə sürməyən adamı təyyarənin sükanı arxasında otuzdurublar. Keçək əsas mətləbə.
Bu ilin iyul ayının 10-da Təhsil nazirinin müvafiq əmri ilə ATU-nun rektoru Azər Süleymanovun xəstəliyi ilə əlaqədar Təhsil Nazirliyinin sektor müdiri Y.Ömərov universitetə elmi işlər üzrə prorektot və eyni zamanda 3 ay müddətinə rektor əvəzi təyin edildi. Elə hadisələr də bundan sonra başladı.
Belə ki, bundan bir həftə sonra ağır xəstə olan A.Süleymanov qəfil “sağaldı” və Təhsil Nazirliyinə ərizə ilə müraciət edərək, işə qayıtmasını xahiş etdi. Nəticədə universitetdə bir-neçə günlüyə ikihakimiyyətlik yarandı. A.Süleymanov universitetə rəhbər kimi qayıtmasını daha parlaq nümayiş etdirmək üçün məzuniyyətdə olan elmi şura üzvlərinin təcili toplanmasına və elmi şura iclasının keçirilməsinə (onlayın) göstəriş verdi.
Yetərsay olduğunu bildirən A.Süleymanov iclasın gündəliyini elan edib və məlum olub ki, 6 aydan çox işdə olmayan rektor elə işə çıxdığı gün birdən-birə struktur dəyişikliyi etmək istəyir. Həmin vaxt Elmi işlər üzrə prorektor Y.Ömərov və iclasa qoşulmuş Təhsil Nazirliyinin məsul işçisi Y.Piriyev iclasın keçirilməsinin qanuna zidd olduğunu və çıxarılan nəticələrin legitim olmayacağını bildiriblər. Universitetə 8 il “rəhbərlik” edən rektora başa salıblar ki, məzuniyyətdə olan elmi şura üzvləri ilə iclas keçirmək üçün əvvəla onları məzuniyyətdən geri çağırmaq lazımdır, bu da ancaq fövqəladə hallarda baş verə bilər, hansısa bir struktur dəyişikliyi üçün insanları narahat etməyə dəyməz.
Görəsən, uzun müddətdir univerisitetdə elmi şuranın katibi işləyən, aylıq maaşı universitetin professorunun aylıq maaşından 6 dəfə artıq olan dosent Mətanət Əhmədova tradikomik vəziyyətə düşməməsi üçün niyə vaxtında rektoru, “dayısı” Akif Süleymanovu məlumatlandırmayıb?! Ola bilər ki, M. Əhmədova uzun müddətdir xəsdəlikdən əziyyət çəkən rektoru görmək istəyirmiş…
Yeri gəlmişkən, M.Əhmədova elmi şuranın katibi kimi, elmi şura iclaslarının protokollarını sonradan öz istədikləri şəkildə dəyişdirməkdə həmişə yüksək ustalıq nümayiş etdirib. Həmin biabırçı, yarımçıq qalmış iclasdan sonra universitetə nəhayət ki, Təhsil Nazirliyinin yoxlaması gəlib və məlun olub ki, işə qayıtmasından 4 gün keçməsinə baxmayaraq, rekor A.Süleymanov işə çıxmır. O da məlum olub ki, A.Süleymanov vərdiş etdiyi köhnə qayda ilə yenidən universiteti idarə etmək istəyir. Yəni adı işdə, özü isə haradasa məlum olmayan yerlərdə.
Nəhayət, vərdiş etdiyi qaydada universitetə ”rəhbərlik” etməsinin mümkünsiz olduğunu və eyni zamanda universitetə gələn yoxlamanın suallarına cavab vermək iqtidarında olmadığını dərk edən A.Süleymanov yenidən ərizə yazaraq məzuniyyətə çıxıb.
A.Süleymanov rektor olduğu müddətdə işlədiyi “Kompyuter mühəndisliyi və telekommunikasiya” kafedrasında müəllim kimi bir saat belə dərs deməyib. Amma adı çəkilən kafedrada 8 ildir ki, ona qanunsuz olaraq əmək haqqı yazılır. Bu korrupsiya faktı deyilsə bəs nədir?
Yəni A.Süleymanov dərs demədən müftə maaş alaraq vəzifəsindən sui-istifadə edib. Universitetə gələn yoxlama üzviləri də qeyd olunanların doğru olduğunun şahidi olublar. Ayda özünə 10 min manat maaş yazdıran rektor A. Süleymanovun gözü doymadığından, iddialara görə, rüşvət almaqla da ciddi məşğul olmuşdur.
Onun 8 illik fəaliyyəti artıq Təhsil Nazirliyinin müvafiq komissiyası tərəfindən araşdırılır. Respublikanın digər ali məktəbləri ilə müqayisədə cəmi 3 min tələbəsi olan bir universitet (həm də dövlət universiteti olmaqla) rektorunun, digər universitet rəhbərlərindən fərqli olaraq, bu qədər fantastik maaş alması görən nə ilə izah oluna bilər?! Görəsən, Akif Süleymanov hansı keyfiyyətlərinə görə digər universitet rektorlarından dəfələrlə artıq maaş alır? Bəlkə bunların materialı İ.Stalin demişkən, bolşeviklər kimi xüsusi növ parçadan hazırlanıb!
A.Süleymanov son 6 ildə universitetdən 3 mühasib kənarlaşdırıb. Yəni ağlı başında olan heç bir mühasib rektorun ağılsız fantaziyalarına inanıb, hansısa bir qanunsuz sənədə imza atmayıb, çıxış yolunu ərizə yazıb işdən çıxmaqda görüblər və belə də olub. Univrsitetin mühasibatlığında elə maliyyə pozuntuları edilib ki, bunları təsəvvür etmək mümkün deyil. ATU fəaliyyət göstərdiyi tarixdən bəri belə bir duruma heç vaxt düşməmişdir.
Qeyd etmək istəyirəm ki, universitetdə çox az sayda professor çalışır. A.Süleymanov rektor kimi fəaliyyəti müddətində universitetə nə bir elmlər doktoru, nə də fəlsəfə doktoru dəvət edib, müəllim kimi işə götürdükləri ancaq magistr səviyyəli işçilər olub. Əksinə, ATU-nun rektoru Akif Süleymanovun təzyiqi ilə 4 nəfər yüksək potensiallı, cavan elmlər doktoru universitetdən uzaqlaşdırılıb. Sonradan onlardan biri məhkəmənin qərarı ilə universitetə bərpa olunub.
Bax, budur A.Süleymanov və oğlu Şamil Süleymanov cütlüyünün “ədalət” meyarları.
Hörmətli prezidentimiz, cənab İlham Əliyev dəfələrlə vətəndaşlara müraciət edərək bildirib ki, “yerlərdə məmurların özbaşnalığına göz yummayın, məlumat verin”. Yazının əvvəlində qeyd edildiyi kimi, artıq Təhsil Nazirliyinin yoxlaması universitetdədir və ümid edirik ki, dövlətimizin qanunlarını pozanlar, zəli kimi kollektivin qanını soranlar layiqli cəzasını alacaqlar.
Mövzunu davam etdirəcəyik. /
Hurriyyet.az/
Oxşar xəbərlər