Demokratik TV
Xəbər lenti
100 manata COVİD-19 pasportu satan şəxs ələ keçdi - RƏSMİ
- 21 sen 2021, 13:35
Daxil olmuş məlumat və aparılan yoxlamalar nəticəsində pul müqabilində bəzi vətəndaşların saxta COVİD-19 pasportu ilə təmin edilmələri məlum olub.
Bu barədə Demokratik.Az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinə rayon sakini Sadiq Şərbətovun vətəndaşlara vaksin vurulmadan saxta COVID-19 pasportu təşkil etməsi barədə daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onun 3 nəfərə saxta COVID-19 pasportu satışını təşkil etməsi müəyyən edilib.
S.Şərbətov həmin 3 nəfərin birinci doza peyvənd vurulmasının qeyd olunmasından ötrü şəxsiyyət vəsiqələrini və hər biri üçün 100 manat pulu Lerik rayon sakini Mahir Əliyevə göndərib. M.Əliyev də öz növbəsində həmin sənədləri və pulu Lerik Rayon Mərkəzi Xəstəxanasının Daster kənd həkim məntəqəsinin feldşeri Anar Məstəliyevə göndərərək COVİD-19 pasportlarının hazırlanmasını təşkil edib.
M.Əliyevin mobil telefonuna baxış keçirilən zaman respublikanın müxtəlif şəhər və rayon sakinlərinin şəxsiyyət vəsiqələrinin şəkillərini “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə qəbul etməsi və onlar üçün hazırlanmış saxta COVID-19 pasportlarının fotoşəkillərinin geri göndərilməsi müəyyən edilib.
Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Prezident gözlənilən əfv sərəncamını imzaladı - SİYAHI
İlham Əliyevin mətbuat konfransının TAM MƏTNİ
İlham Əliyev əfv sərəncamı imzaladı - TAM SİYAHI
"COVİD-19" peyvəndi məcburidirmi? AŞPA-nın bu barədə qərarının TAM MƏTNİ
Gəlişmə! Mahmudovların TOPDAĞITMAZ SƏRVƏTİ ingilislərə qalacaq?
Lənkəranskiyə yaxın avtoritetlər Şamaxıda – Amansız cəza, atışma…
Ramil Usubov Heydər Əliyevlə bağlı MÜSAHİBƏ verib
AMEA-da çalışan Ruşanzadə Ruşan kimdir?-
İLHAM ƏLİYEV onları əfv etdi - TAM SİYAHI
Hansı vaksin daha etibarlıdır? - Həkimlər AÇIQLADI
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti