Ziya Məmmədovun bacısı oğlu koronadan dünyasını dəyişdi

  • 20 sen 2021, 18:49
Keçmiş nəqliyyat naziri Ziya Məmmədov bacısı oğlunu itirib. 
Sabiq nazirin bacısı oğlu Tahir Əfəndizadə koronavirusdan dünyasını dəyişib. Mərhumun müalicə aldığı xəstəxanada həyatını itirdiyi bildirilir.
Yayılan məlumatlara görə, T.Əfəndizadə Göyçay Rayon Polis Şöbəsində Pasport Qeydiyyat Şöbəsinin rəisi, Ucar Qaz İstismarı İdarəsinin, Ucar Avtovağzalının rəisi və digər müxtəlif rəhbər vəzifələrdə çalışıb.
Məmmədovlar ailəsinə və mərhumun bütün yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyirik.
Allah rəhmət eləsin!
Demokratik.Az
Oxşar xəbərlər