Fədailər Hərəkatının qurucusu Fuad Muradov saxlanılıb

  • 13 sen 2021, 21:57
“Milli Fədailər Hərəkatı”nın qurucusu Fuad Muradov saxlanılıb.

Demokratik.Az xəbər verir ki, bu barədə tanınmış hüquqşünas Aslan İsmayılov məlumat yayıb.

Hüquqşünas bildirib ki, uzun müddətdir sosial şəbəkələrdə ictimai aktiv şəxsləri təhqir edən saxta “fədai” Fuad Muradov haqqında qanuni tədbirlərin görülməsi üçün 10 sentyarda Daxili İşlər Nazirliyinə müraciət ünvanlayıb.

A.İsmayılov qeyd edib ki, bu gün ərizəsi ilə bağlı DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub və sübutlarını təqdim edib:

“Ərizə üzrə araşdırma davam edir. F. Muradov şübhəli şəxs kimi saxlanılıb və hal-hazırda adıçəkilən idarədədir. Ona görə də mənə F. Muradovun qanunsuzluqları ilə bağlı müraciət edən şəxslərdən xahiş edirəm ki, həmin idarəyə müraciət edib sübutlarını təqdim etsinlər”.
Oxşar xəbərlər