Goranboyda 20 ton pambıqla dolu yük avtomobili yanıb

  • 12 sen 2021, 09:36
Goranboy rayonunun Borsunlu kəndində “Mercedes” markalı yük avtomobilinin qoşqusunun yanar hissələri və qoşquya yığılmış ümumi çəkisi 20 ton olan pambıq bağlamalarının 7 tonu yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi xəbər verib.
Avtomobilin və pambıq bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Oxşar xəbərlər