Demokratik TV
Yardımlı Xəstəxanası ÇÖKÜB! Narkoman həkim niyə yıxılıb şil-küt olub?
"Yardımlı Səhiyyəsi batıb gedir. Səhiyyə Nazirliyi Yarımlıdakı bir hadisəylə bağlı təcili açıqlama versə yaxşı olar".


Sakinlərin iddiasına görə, Yalçın Kərimov narkotik istifadəçisidir və əvvəllər də bir dəfə məkumluq həyatı yaşayıb. Rayon sakinləri Səhiyyə Nazirliyinə sual edirlər ki, Yardımlı rayon Mərkəzi Xəstəxanasında belə bir şəxsi həkim kimi saxlamaq nəyə gərəkdir. Təbii ki, Səhiyyə Nazirliyi və TƏBİB bu barədə iddiaya bir açıqlama verməlidir.
Yardımlı MRX-nin baş həkimi (direktor) Rasim Əkbərovun fəaliyyətini yarıtmaz hesab edən şikayətçilərdən aldığımız məlumata görə, adıçəkilən şəxs son illərdə yığdığı rüşvətlə və korrupsiya əməllərilə rayonda ən varlı adamlardan birinə çevrilib. İddialara görə, Rasim Əkbərov xəstəxanadakı durumu idarə etmək iqtidarında deyil, burada adi müayinələr və müalicələr üçün avadanlıq və həkim qıtlığı da ayrıca dərddir.
Baş həkimin mülkləri və biznes obyektləri barədə redaksiyamıza daxil olan bilgiləri dəqiqləşdiririk, yaxın günlərdə oxucularımıza təqdim edəcəyik...
