Gəncədə küçəyə atılan uşağın valideynləri müəyyənləşdi - FOTO

  • 01 sen 2021, 08:19
Avqust ayının 30-u gecə saatlarında bir nəfər şəxs Gəncə şəhərində xidmət aparan Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşına yaxınlaşaraq şəhər ərazisində kimsəsiz, 5-6 aylıq qız uşağı tapdığını bildirib”.

Bunu "bakupost"-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib.

Onun sözlərinə görə, Polis əməkdaşlı dərhal körpənin qayğısına qalaraq onu 2 saylı Uşaq Xəstəxanasına yerləşdirib və orada həkimlər körpəni müayinə ediblər:

“Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində məlum olub ki, uşağı polisə təhvil verən Şəmkir rayon sakini Tural Tağıyev əvvəlcədən körpənin anası-Zaqatala rayon sakini Esmira Məmmədova ilə birlikdə uşağı qərarlaşdırdıqları üzrə polisə verib. Hazırda Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində həmin şəxslər barəsində araşdırmalar davam etdirilir”.
Oxşar xəbərlər