DİN-in mətbuat xidməti Masallı sakininin iradlarına CAVAB VERDİ

  • 17 iyul 2021, 17:25
DİN-in Mətbuat Xidməti Yardımlı rayon sakini Həsənli Əsgər Şirzad oğlunun "Demokratik.Az" saytında yayımlanan müraciətinə və iddialarına aydınlıq gətirib.
Qurumun MX-nin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev bildirib ki, vətəndaş Ə.Həsənli iyulun 14 -də özünün idarə etdiyi "Vaz 21099" markalı avtomobillə Masallı-Yardımlı yolunda təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün DYP əməkdaşları tərəfindən saxlanılıb. Saxlanıldıqdan sonra onun avtomobili etibarnaməsiz və sərxoş halda idarə etdiyi kimi digər hallar da müəyyən edilib və ilkin araşdırmalardan sonra barəsində toplanmış materiallar baxılması üçün aidiyyatı üzrə Masallı Rayon Məhkəməsinə göndərilib.
Qurum rəsmisi bildirib ki, vətəndaşdan rüşvət istənilməsi və digər iddiaların da heç bir əsası yoxdur. Eləcə də onun sərxoşluq vəziyyəti müvafiq lisenziyası olan alkotesterlə müəyyən edilib, özü də sərxoş olmasını etiraf etdiyindən əlavə həkim müayinəsi aparılmayıb. 
Məhəmməd Rzayev qeyd edib ki, Masallı rayon PŞ rəhbərliyi DİN-in tövsiyyə və tapşırıqlarını nəzərə alaraq vətəndaşların müraciətlərinə, eləcə də ictimai təhlükəsizliyə həssas yanaşır. Bu kimi hallarda isə vətəndaş-polis təması xüsusi texniki vasitələrlə yerində audio və video formatda qeydə alınır ki, sözügedən məsələdə də Ə.Həsənli ilə polislər arasındakı ünsiyyət və davranışların bütün kadrları mövcuddur.

"Demokratik.Az" DİN-in Mətbuat Xidmətinə operativ reaksiyaya görə təşəkkürünü bildirir.

Demokratik.Az
Oxşar xəbərlər