Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Xəbərlər » Kriminal » Gəncə İstintaq Təcridxanasında dustaq aşırı narkotik qəbulundan dünyasını dəyişdi
Gəncə İstintaq Təcridxanasında dustaq aşırı narkotik qəbulundan dünyasını dəyişdi
- 05 iyul 2021, 13:45
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq Təcridxanasında dustaq ölümü baş verib.
"Demokratik.Az" saytının əldə etdiyi məlumatına görə, Yevlax sakini, 08.11.74 cü il təvəllüdlü məhkum Səfərov Zöhrab Zakir oğlu artıq dozada narkotik vasitə qəbul etdikdan dərhal sonra 3 saylı şəhər xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.Hadisənin iyulun 3-də gecə saatlarında baş verdiyi bildirilir.
Olaydan aydın olur ki, Gəncə İstintaq Təcridxanasında istifadəsi qanunla qadağan edilən əşyalar, hətta narkotik maddələr dövr edir. Dustaqlar arasında narkotik maddənin açıq dövriyyəsinin qarşısının niyə və hansı səbəbə tam alınmadığını araşdırmaq vacibdir.
Xatırladaq ki, son illərdə Gəncə istintaq təcridxanasındakı özbaşınalıqlar xeyli artıb və bu barədə mediada tənqidi materiallar yayımlanıb. Təcridxananın rəis heyətinin tez-tez işdən qovulması da nöqsanların kökünü kəsə bilməyib.
Təcridxanaya hazırda Asif Quliyev rəhbərlik edir.
Demokratik.Az
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Gəncədə istintaq təcridxanasında məhbus özünü asıb
Gəncə sakinindən narkotik maddə götürülüb
Tovuz sakinində narkotik vasitə aşkarlanıb
Qərb bölgəsində əməliyyat! Küllü miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb
Həbs edilmiş icra başçıları harada saxlanılır?
Gəncə sakinindən narkotik götürülüb
Gəncədə ƏMƏLİYYAT! - TAPANÇA + ƏL QUMBARASI + NARKOTİK
Vilayət Eyvazov Gəncə BPİ-yə yeni baş təhqiqatçı təyin edib
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti