"Azəriqaz" borca görə sayt rəhbərinin qazını kəsdi - FOTOLAR

  • 23 iyun 2021, 00:18
"Azəriqaz"İB-nin Sulutəpə ərazi istismar sahəsi qəsəbədə yaşayan jurnalist Rəsafil Bayramovun mənzilinə qazın verilişini dayandırıb. "Demokratik.Az" bildirir ki, bu barədə "İctimai Xəbər Agentliyi" və "ATATV.AZ" saytlarının rəhbəri R.Bayramovun özü məlumat verib.
Jurnalist bildirib ki, qış aylarında onun işlətdiyi mavi yanacağa görə Azəriqaz-a borcu yaranıb. Borcunun bir hissəsini ödəsə də, 205 manat məbləğində borcu qalıb. Və bütün borcu ödəməsi üçün jurnalist Binəqədi rayonunun Yuxarı Sulutəpə ərazisində yerləşən Qaz idarəsindən vaxt istəsə də, xahiş etsə də onu dinləməyiblər və dünəndən evə qazın verilişini dayandırıblar.

Rəsafil Bayramov danışıb ki, 205 manat debütor borca görə qazının kəsilməsi onun üçün hörmətsizlikdir. Evdə onunla birlikdə ümumilikdə 7 nəfər qazsız qalıb.

Sayt rəhbəri problemini icrtimailəşdirərkən evinin qarşısında yerləşən qəsəbə Qaz İstismar Sahəsinin fəaliyyət göstərdiyi yarıtmaz binasını, zibillə dolub daşan həyəti də çəkərək tənqid edib.

Oxşar xəbərlər