“Qurtuluş-93” MMC-nin rəhbərinin kürəkəni lüks avtomobillə dörd nəfərin ölümünə səbəb oldu

  • 14 iyun 2021, 11:18
Novxanı-Sumqayıt yolunda “Range-Rover” markalı avtomobil qəza törədib.
Demokratik.Az APA-ya istinadən xəbər verir ki, “Spring” hotelin qarşısında Kərbalayev Elşad Məhərrəm oğlu idarə etdiyi 10-CO-002 dövlət nömrə nişanlı “Range-Rover” markalı nəqliyyat vasitəsilə piyadanı vuraraq öldürüb. Hadisə yerindən qaçmağa çalışan sürücü daha sonra “Damas” markalı nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin gücündən “Damas”da olan üç nəfər ölüb.
Sürücü Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, o, hadisə zamanı sərxoş olub.
Qeyd edək ki, E.Kərbalayev “Qurtuluş-93” MMC-nin rəhbəri Məhərrəm Novruzovun kürəkənidir.
Oxşar xəbərlər