Şəmkirdə sürüşmə - Torpaq altında qalanlar var

  • 08 iyun 2021, 21:16
Şəmkirdə bədbəxt hadisə baş verib.
APA xəbər verir ki, hadisə rayonun Sərxan kəndində qeydə alınıb.
Kənd sakini həyətyanı sahəsində quyuda iş görən zaman torpaq çökməsi baş verib.
Nəticədə quyuda işləyən iki nəfər xəsarət alıb.Onlardan birinin xəsarəti ağır olduğundan xəstəxanaya yerləşdirilib.
Digər şəxsin xəsarəti yüngül olub, ona yerində yardım edilib. 
Hadisə yerinə təcilli tibbi yardım briqadası cəlb olunub.
Oxşar xəbərlər