Daha bir hərbçimizin şəhid olduğu məlum olub - FOTO

  • 03 iyun 2021, 11:23
Vətən müharibəsində itkin düşmüş daha bir hərbçimizin nəşi tapılıb.
"Demokratik.Az" xəbər verr ki, bu barədə APA-ya şəhidin qardaşı məlumat verib.
Göygöl rayonu, Murovdağ qəsəbə sakini MAHHXQ 1999-cu il təvəllüdlü Verdiyev Eldəniz Rabil oğlunun Murovdağ istiqamətində nəşi tapılıb.
Şəhid Göygöl rayon Şəhidlər xiyabanında dəfn olunacaq.
Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri Verdiyev Eldəniz Rabil oğlu 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. O, sentyabrın 27-də Murovdağ döyüşləri zamanı itkin düşüb.
Allah rəhmət eləsin!
Oxşar xəbərlər