Gəncə hava limanında vəzifəli şəxslər arasında dava oldu

  • 02 iyun 2021, 22:52
Gəncə Hava Limanında vəzifəli şəxslər arasında dava olub.
Demokratik.Az-ın xəbərinə görə, hava limanının Aviasiya Təhlükəsizliyi xidmətinin rəisi Akif Alıyev və Yerüstü xidmət sahəsinin növbətçi rəisi Elcan Babayev əlbəyaxa olublar. Dava zamanı onlar bir-birinə xəsarət yetiriblər.
Hadisə hər iki şəxsin xidmətdə olduğu zaman baş verib.
A.Alıyev və E.Babayev arasında əvvəllər də mübahisə olduğu bildirilir.
İnsidentə polis müdaxilə edib.
Hazırda fakt araşdırılır.
Oxşar xəbərlər