Binaların yaratdığı real təhlükə niyə aradan qaldırılmır? – VİDEO

  • 03 may 2021, 20:52
Xəbər verdiyimiz kimi, ötən gün Badamdar qəsəbəsində 14 yaşlı yeniyetmənin başına daş plitəsi düşüb.
Elə bu hadisə yenidən paytaxtda olan qəzalı binaların niyə sökülməməsi məsələsini gündəmə gətirdi. 
Nərimanov rayonunun Nurəddin Süleymanov küçəsi ərazisində yerləşən qəzalı binalar burada yaşayan və ərazidən keçən sakinlər üçün real təhlükə mənbəyidir. 
Məsələ ilə bağlı Baku TV əməkdaşları Nərimanov rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. 
Qurumdan bildirilib ki, bir neçə il əvvəl Nurəddin Süleymanov küçəsində yerləşən evlər Nərimanov rayonu üzrə qəzalı vəziyyətdə olan binalar siyahısına daxil edilib.
Daha ətraflı Baku TV-nin süjetində:

Oxşar xəbərlər