TƏRTƏR FACİƏSİ: Hökumət niyə susur? - VİDEO

  • 02 apr 2021, 00:08
2016-cı ilin məlum aprel savaşından dərhal sonra Azərbaycan Ordusunun Tərtər istiqamətindəki hərbi qulluqçularının kütləvi şəkildə "vətənə xəyanət" ittihamları altında işgəncələrə məruz qalmaları, nəticədə sonradan bəraət almış hərbçilərin döyülərək öldürülmələri, yüzlərlə əsgər və zabitlərimizin öz sağlamlığını itirmələrinə səbəb olan özbaşınalıqlar geniş müzakirə predmetinə çevrilib. Məsələ öz mahiyyətini bu işdə əli olan bütün günahkarların təcili cəzalandırılmasına zərurətə doğru dəyişir.

"Demokratik.Az" sosial şəbəkələrdə və internet televiziya resurslarında yayımlanan araşdırmalara əsasən bildirir ki, "Tərtər faciəsi" kimi tanınan və günahsız hərbçilərin ağlasığmaz işgəncələrlə öldürülməsi olayında zərərçəkmiş şəxslər hələ də müqəssirlərə qarşı cəzasızlıq mühitinə etirazlarını davam etdirirlər.

Təkrar xatıraladaq ki, Tərtər hadisələri ilə bağlı 2017- ci ilin may ayında ən azından 9 hərbçimiz Bərdədə yerləşən hərbi korpusun vəzifəli şəxsləri tərəfindən xüsusi qəddarlıq və ağır işgəncələr altında qətlə yetirilib ki, onlardan 5- i ölümündən sonra bəraət alıb. Hazırda 25 nəfər hərbçi həbsdədir.
Mövzu ətrafında "Pressklub TV"-nin yayımladığı "de-fakto" verilişini təqdim edirik:
Oxşar xəbərlər