Demokratik TV
Ucar sakini Yevlax "MERO"-dan və DYP əməkdaşından şikayətçidir - Onu aldadıblar?!
Yevlax rayonlararası Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsinin əməkdaşları Vətən müharibəsi iştirakçısı, Ucar rayonu Yuxarı Şilyan kənd sakini Əhmədov Rafiq Behbud oğlunu aldadıblar. Bundan başqa, adıçəkilən vətəndaş və atası Ucar Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin əməkdaşı Fəqan Məmmədovun da özbaşına əməlləri ilə də üzləşiblər.
Bu barədə "Demokratik.Az" saytına Rafiq Əhmədov özü yazılı məlumat verib.
Şikayətçinin saytımıza sadaladıqlarına görə, 15 sentyabr 2020-ci il tarixdə özünə "MİTSUBİSHİ" markalı AZ99-XU-876 dövlət nömrə nişanlı avtomobil alıb və həmin gün Yevlax rayonlararası Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsində öz adına qeydiyyata aldırıb.
Həmin vaxt da vətəndaşa həm qeydiyyat, həm də texniki baxış adı ilə 150 manat rüşvət-pul alınıb.
Yevlax RQİŞ şöbəsində avtomobilinin texniki baxışdan keçirildiyinə əmin olan Rafiq bundan 6 gün sonra isə (21 sentyabr 2020-ci il tarixdə) Vətən müharibəsinə aparılıb. Və 26 dekabr 2020-ci il tarixdə tərxis olunaraq evinə dönüb. 28 dekabr 2020-ci il tarixdə isə qeydiyyata düşmək üçün Ucar rayon Hərbi Komissarlığına getməli olub. Həmin zaman özümü pis hiss etdiyi üçün avtomobilini atası idarə edib.
Şikayətçinin bildirdiyinə görə, elə həmin gün Ucar Rayon Polis Şöbəsinin Yol Polis Bölməsinin əməkdaşı Fəqan Məmmədov onları saxlatdırıb və avtomobilin texniki baxışdan keçmədiyini əsas gətirərək onlara inzibati cərimə protokolu tərtib edib.
Şikayətçinin sözlərinə görə, saxlanılan zaman DYP əməkdaşına avtomobili 15.09.2020-ci il tarixdə aldığını, həmin gün də rəsmiləşdirərək texniki baxışdan keçirildiyini xatırladıb. Yevlax rayonlararası Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsində texniki baxışdan keçirilməsini, 21 sentyabr 2020-ci il tarixdə Vətən müharibəsinə gedib 26 dekabr 2020-ci il tarixdə tərxis edilməyini nəzərə çatdırıb. Lakin, şikayətçi deyir ki, polis onun dediklərini vecinə almayıb və qanunsuz protokolunu tərtib edib.
Rafiq Əhmədovun fikrinə və iddiasına görə, ona qarşı özbaşınalıq olub və nəticədə hesab edir ki, Yevlax rayonlararası Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsi və Ucar Rayon Polis Şöbəsinin Yol Polis Bölməsinin əməkdaşı Fəqan Məmmədov ona qarşı haqsızlıq edib.
Deyilənlərdən aydın olur ki, Yevlax RQİŞ-də şikayətçini aldadıblar, maşınını texniki baxışdan keçirməyərək onun pulunu alıblar.
Şikayətçi daha sonra onu da bildirir ki, Fəqan Məmmədov idarə etdiyi Yol Patrul avtomobili ilə hər gün rayonun yollarıda sürücüləri soyub talamaqla məşğul olur. Yevlax rayonlararası Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsinin rəhbərliyi ilə sürücüləri aldadıb cibini doldurmaqla məşğul olurlar. Qanuna əsasən avtomobil qeydiyata alınan zaman həmdə texniki baxışdan keçirilməlidir. Həmçinin avtomobilin qeydiyyata alınması 17 manat, texniki baxışdan keçirmək rüsumu isə 20 manat təşkil etdiyi halda 15 sentyabr 2020-ci il tarixdə məni aldadıb 150 manat pul alıb avtomobilimi qeydiyyata alsalar da texniki baxışdanda keçirməmişdilər.
Şikayətçi başına gələnləri (əgər doğrudursa-red) haqlı olaraq korrupsiya cinayəti adlandırır, həm Yevlax rayonlararası Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsini, həm də Ucar RPŞ-nin YPX-nin əməkdaşı Fəqan Məmmədovu qınayır. Bəzi şəxsləri hüquq mühafizə orqanında təmsil olunmalarını polis adına ləkə adlandırır.
Şikayətçi açıq müraciətində Azərbaycan Respublikasının Daxili İşlər Naziri hörmətli Vilayət Eyvazovdan şikayətinin araşdırılıb korrupsiyaya qurşanmış Yevlax rayonlararası Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsinin rəhbərliyi və Ucar RPŞ-nin YPX-nin əməkdaşı Fəqan Məmmədovun barəsində ciddi tədbirlər görülməsini xahiş edir.
Demokratik.Az DİN-in məsələyə münasibətini dərc etməyə hazır olduğunu bildirir!
Demokratik.Az