Demokratik TV
Xəbər lenti
Mingəçevirdə heroin satan ana və oğlu saxlanılıb
- 14 fev 2021, 00:00
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin satışı ilə məşğul
olmaqda şübhəli bilinən ana və oğlu saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Demokratik.Az-a verilən məlumata görə, daxil olan əməliyyat məlumatı əsasında keçirilən tədbirlər nəticəsində
Mingəçevir şəhər sakinləri Arzu Əliyeva və oğlu, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Elmir
Əliyev taksi fəaliyyəti ilə məşğul olan tanışları Seymur Əliyevin idarə etdiyi“NAZ Lifan” markalı avtomobillə hərəkətdə olarkən şəhər ərazisində
saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. Şəxsi axtarış zamanı A.Əliyevadan sellofan torbada satış məqsədilə saxladığı 123 qramdan artıq narkotik vasitə-heroin götürülüb. Həmin şəxslərin ətrafında davam etdirilən əməliyyat tədbirləri ilə onların yaşadığı ünvana da baxış keçirilib. Oradan E.Əliyevə məxsus 30 qram heroin və kustar üsulla hazırlanmış 465 qram tiryək aşkar olunaraq götürülüb.
Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
İsmayıllıda narkotik satan şəxslər saxlanılıb
Gəncə sakinindən narkotik maddə götürülüb
Qərb bölgəsində əməliyyat! Küllü miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb
Qusar polisi “Əxi”, “Baba” və “Makay” ləqəbli şəxsləri yaxalayıb
Narkotik alverçisi saxlanıldı
Balakəndə xüsusi əməliyyat: Narkobaron helikopterin müşayiəti ilə tutuldu
Oğuzda narkotik becərənlər polisə atəş açdı - Fotolar
Sumqayıt sakinindən 3 kq-a yaxın heroin götürülüb
Külli miqdarda narkotik dövriyyədən çıxarılıb
Gəncədə ƏMƏLİYYAT! - TAPANÇA + ƏL QUMBARASI + NARKOTİK
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti