Gəncədə əl qumbarası aşkarlanıb

  • 31 yan 2021, 09:57
Yanvarın 29-30-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Gəncə şəhərinin Kəpəz rayonu və Gülüstan qəsəbəsi ərazisində əl qumbaralarının tapılması barədə məlumat daxil olub.
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupları, Daxili İşlər Nazirliyinin Gəncə şəhər Polis Şöbəsinin əməkdaşları əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Gəncə şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb.
Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri ərazisindən 1 ədəd F-1 və 1 ədəd M-75 əl qumbarası aşkar olunub, götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Əl qumbaralarının ətrafında 40 kv.m əraziyə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Oxşar xəbərlər