Sağalanların sayı yoluxanların sayından 4 dəfə çoxdur

  • 30 dek 2020, 20:48
Sutka ərzində Azərbaycanda koronavirusa yoluxma ilə bağlı 1052   yeni hal aşkarlanıb. 4067  nəfər müalicə olunub, 30  nəfər vəfat edib. Bu barədə dekabrın 30-da Nazirlər Kabineti yanında Operativ Qərargah bildirib.
Ümumilikdə yoluxanların sayı 217636 nəfərdir. Onlardan  180295  nəfər sağalıb, 2609  nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 34 732  nəfərdir.
Sutka ərzində  10904 test keçirilib.
Oxşar xəbərlər