Ermənilər Qarabağda yaşıl soyqırım törədiblər

  • 26 dek 2020, 00:14

“Azərbaycan torpaqları işğalda olan zaman oradakı xüsusi mühafizə olunan təbiət əraziləri məhv edilib. Orada 4 yasaqlıq, 2 dövlət təbiət qoruğu var idi”.
Bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.
Onun sözlərinə görə, işğaldan azad olunan ərazilərdəki yasaqlıq və dövlət təbiət qoruqlarının vəziyyəti çox da yaxşı deyil: “Bəsitçay qoruğundakı ağacların yarıdan çoxu kəsilib məhv edilib. Qaragöl qoruğun da böyük bir hissəsi qurudulub. Yasaqlıqların ərazisində olan meşə ərazilərinin minlərlə hektarın kəsildiyi qeydə alınıb. Ərazilərdə davamlı tədbirlər görülməlidir. Qarabağ ərazisində yaşı 450, 500, hətta 2000 il yaşı olan ağaclar məhv edilib. Hazırda qiymətləndirmə işləri aparılır. Həmin xüsusi mühafizə olunan ərazilərdə təbiət bərpa ediləcək və inkişaf etdiriləcək”.
Oxşar xəbərlər