İkram Rəhimov azadlığına qovuşdu

  • 24 dek 2020, 17:47
"Reallıq.info" saytının baş redaktoru, jurnalist İkram Rafiqoğlu (Rəhimov) dünən axşam saatlarında Ali Məhkəmənin müvafiq qərarına əsasən azadlığına qovuşub. Bu barədə jurnalistin özü sosial şəbəkədə aşağıdakıları yazıb.
"Salam dəyərli DOSTLAR. İlk olaraq sifarişlə və qanunsuz həbs olduğum müddətdə mənə dəstək olan dostlara, həmkarlarıma minnətdarlığımı bildirirəm. Bu gün azadlığa qovuşmağımda əməyi olan insanların hər biri mənim üçün dəyərlidir.
Prezidentin keçmiş köməkçisi Əli Həsənov və onun şəbəkəsi - Mətbuat Şurasının idarə heyətinin bir çox üzvlərinin dələduz əməllərinin ifşası və onların "yox" olma prosesi artıq başlayıb və yaxın gələcəkdə hamılıqla yeni mübarizənin şahidi olacağıq. Bir daha hamınızı salamlayır və xoş günlər arzulayıram".
Demokratik.az xatırladır ki, İkram Rəhimov jurnalist fəaliyyəti boyunca məmur özbaşınalıqlarından bəhs edən çox sərt yazıları ilə qalmaqallar yarada bilib. 
İkram Rəhimov 2018-ci il oktyabrın 26-da hədə yolu ilə pul tələb etməkdə ittiham olunaraq məhkəmənin qərarı ilə həbs edilib. Həmin gün isə Azərbaycan pezidentinin sabiq köməkçisi Əli Həsənovu sərt
tənqid edən yazı ilə çıxış edib.
Onun həbsdən azad edilməsi ölkədə fikir və ifadə azadlığının daha bir nümunəsi hesab etmək olar. 
Demokratik.az İkram Rəhimovu vaxtından əvvəl azadlığına qovuşması münasibətilə şəxsinə ünvanlanan xoş təbriklərə qoşulur.
Demokratik.Az
Oxşar xəbərlər