Demokratik TV
Xəbər lenti
Abdullah Gül Azərbaycan Prezidentinə məktub ünvanlayıb
- 22 dek 2020, 20:27
Türkiyə Respublikasının 11-ci Prezidenti Abdullah Gül Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
Məktubda deyilir: “Hörmətli cənab Prezident.
Əziz qardaşım.
Vətən müharibəsində şanlı mübarizə nəticəsində Qələbə qazanan qəhrəman Azərbaycan Ordusunu, bütün azərbaycanlı qardaşlarımı və Zati-alinizi Zəfər Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Qardaş Azərbaycanın 44 gün davam edən Vətən müharibəsini Zəfərlə başa çatdırması və illərdir Ermənistanın işğalı altında olan torpaqlarını azad etməsi çətin keçən 2020-ci ildə bizi ən çox xoşbəxt edən hadisəni - Zəfər Gününü qürurla qeyd etməyimizə səbəb oldu.
Zati-alinizin qətiyyətli liderliyi ilə qazanılan bu Zəfər bütün Türk dünyasına sonsuz sevinc və qürur hissi yaşatdı. Bu Zəfərin əldə olunması üçün canlarını göz qırpmadan fəda edən üç minə yaxın əziz şəhidimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm.
Fürsətdən istifadə edərək, Zati-aliləri əziz qardaşım, Sizə və dəyərli ailənizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına rifah və əmin-amanlıq arzulayıram”.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
“Azərbaycanla qürur duyuruq” - Ərdoğan
Oljas Süleymenov: "Azərbaycanla fəxr edirəm"
Azərbaycan Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub göndərib
Ruhanidən İlham Əliyevə təbrik məktubu
Roma Papası və İsrail prezidenti İlham Əliyevi təbrik etdi
Prezident Ərdoğana başsağlığı verdi
Pakistandan İlham Əliyevə məktub gəldi
II Abdullah Azərbaycan Prezidentini təbrik edib
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti