Goranboy sakini dəm qazından zəhərlənib

  • 30 noy 2020, 07:32
Goranboy rayonunda dəm qazından zəhərlənmə hadisəsi baş verib.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Dəlıməmmədli şəhərində qeydə alınıb.
Yaşadığı ünvanın vanna otağında dəm qazından boğulan 1949-cu il təvəllüdlü Fətəliyeva Şəfiqə Əli qızı Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Ona ilkin yardım göstərildikdən sonra Gəncədə yerləşən klinikalardan birinə köçürülüb.
Oxşar xəbərlər