Qaxda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb

  • 17 noy 2020, 19:16
Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə COVİD-19 virusuna yoluxmuş şəhər sakininin yaşayış yerini tərk
etdiyi müəyyən edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Demokratik.Az-a verilən məlumata görə, koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər sakini M.Allahverdiyevə
ev şəraitində müalicə təyin edilsə də o, özünütəcrid qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib. M.Allahverdiyevin mağazaya getdiyi müəyyən olunub və əraziyə həkim briqadası dəvət edilib. Onunla profilaktik söhbətlər aparılıb və yaşadığı ünvana geri qaytarılıb.
M.Allahverdiyev barəsində Qax RPŞ-nin İstintaq qrupunda araşdırma aparılır.
Oxşar xəbərlər