Müharibə dayandı, ermənilərin terror təhdidi isə bitmir...

  • 14 noy 2020, 09:31
10 noyabr bəyanatından sonra müharibənin aktiv fazası başa çatsa da, Qarabağda hərbi-siyasi proses davam edir. Qarşıda erməni qüvvələrinin işğal olunmuş rayonlardan tamamilə çıxarılması, bölgədə suveren Azərbaycan dövlətinin tam nəzarətinin təmin olunması mərhələsi var.
Lakin eyni zamanda düşmənimizin kimliyi bizi bütün sahələrdə ehtiyatlı və tədbirli olmağa vadar edir. Biz düşməni 100 ildən çoxdur tanıyırıq və bu müddətdə dəyişməyən xislətini bilirik. Ermənilər dünyanın az saylı xalqlarından biridir ki, hətta dövlətləri olmadığı zamanda silahlı terror dəstələri yaradıb, mütəşəkkil terror və hərbi cinayətlərə imza atıb.
Ötən əsrin 90-cı illərində Azərbaycanda siyasi istiqrarsızlıq və xaosdan istifadə edərək Dağlıq Qarabağ və ətrafında 7 rayonu işğal edən, dinc azərbaycanlılara qarşı soyqırımı törədən, bütöv şəhərləri, kəndləri dağıdıb xəritədən silən ermənilər bütün bunlarla yanaşı Azərbaycanın döyüş cəbhəsindən uzaq məntəqələrində terror aktları törədərək onlarla insanın ölümünə səbəb olub.
1989-cu il 16 sentyabrda “Tbilisi-Bakı” marşrutu ilə hərəkət edən sərnişin avtobusu, 1990-cı il 18 fevralda “Şuşa-Bakı” avtobusu, 11 iyulda isə “Tərtər-Kəlbəcər” avtobusu, 10 avqustda “Tbilisi-Ağdam” və “Şəmkir-Gəncə” avtobusları partladılıb. Nəticədə 56 nəfər həlak olub, 116 nəfər isə yaralanıb.
Диверсионно - террористические акты, осуществленные на территории  Азербайджана - Azerbaijan.az
Bu cür terror aktları 1991, 92,93-cü illərdə Azərbaycan ərazisində, o cümlədən Rusiyada Azərbaycana məxsus nəqliyyat vasitələrində həyata keçirilib. Ən dəhşətlisi odur ki, Ermənistan dövlət orqanları birinci Qarabağ savaşında müharibə getdiyi dövrdə Azərbaycan dinc yaşayış məntəqələrində, o cümlədən Bakıda çoxlu sayda terror aktları həyata keçirib.
1993-cü il iyunun 2-də Bakı dəmir yolu vağzalında sərnişin qatarının vaqonu Ermənistan Milli Təhlükəsizlik Baş İdarəsi kəşfiyyat şöbəsi tərəfindən partladılıb. Oxşar terror aktı 1994-cü il fevralın 1-də Bakı dəmir yolu vağzalında “Kislovodsk-Bakı” sərnişin qatarında törədilib.
Ermənilər Kislovodsk-Bakı sərnişin qatarını partladıb - 22 il öncə
19 mart 1994-cü ildə isə Ermənistan xüsusi xidmət orqanları tərəfindən hazırlanmış terror aktı Bakı metropolitenin “20 Yanvar” stansiyasında törədilib. Nəticədə 14 nəfər həlak olub, 49 nəfər yaralanıb. Eyni qrup “20 Yanvar” stansiyası ilə yanaşı Bakının “Nizami” kinoteatrında, Respublika sarayında və Bakı lampa zavodunda da partlayışlar törətməyi planlaşdırıblar.
13 aprel 1994-cü ildə Dağıstanın “Daqestanskiye Oqni” stansiyası yaxınlğında “Moskva-Bakı” sərnişin qatarı, 3 iyul 1994-cü ildə isə Bakı metropolitendə daha bir terror aktı törədilib. Nəticədə “28 May” və “Gənclik” stansiyaları arasında elektrik qatarındakı partlayış nəticəsində 13 nəfər həlak olub, 42 nəfər xəsarət alıb.
Göründüyü kimi, düşmən Azərbaycana qarşı hər zaman, hər fürsətdə terror və qəsdləri davam etdirib. Yalnız xüsusi xidmət orqanlarının sayıqlığı nəticəsində bu terror aktlarının bir qisminin qarşısı alınsa da, terror sahəsində böyük təcrübəyə malik ermənilər bəzi planlarına nail olublar.
Bakı metrosundakı TERRORUN ildönümü - Hazırda TƏHLÜKƏ varmı?
İkinci Qarabağ savaşında da terror təhdidini də unutmaq olmazdı. Məhz bu səbəbdən Azərbaycan hüquq-mühafizə və xüsusi xidmtə orqanları təhlükəsizlik tədbirlərini gücləndirib, ölkə ərazisində komendant saatı tətbiq olunub, həmçinin əhaliyə sayıq olmaqla bağlı müraciət edilib. Artıq döyüşlər dayanıb, amma ermənilərin təxribat ehtimalları hələ də istisna deyil.
Xüsusən də indi cəbhədə silahlı qarşıdurmada məğlub olan düşmənin qisas almaq çağırışları artıb. İstər son günlər Ermənistanda keçirilən aksiyalarda, istərsə də, sosial şəbəkələrdə və mediada yayılan çağırışlarda sadə, sıravi ermənilər deyil, tanınan və nüfuzlu ermənilər terror çağırışı edir. Məsələn, erməni politoloq “Demokratiya uğrunda tərəfdaşliq” mərkəzinin sədri, “Ermənistanın dinləri” saytının redaktoru Stepan Danielyan öz sosial şəbəkə hesabından etdiyi çağırışda “Metsamor” AES tullantılarını da Qarabağa və ətrafına atmaq, “Sərsəng” su anbarını partlatmaq, Azərbaycana axan çayları zəhərləmək, bütün meşələri yandırmağa çağırdı.
Sərsəng su anbarının azad olunması bölgəyə nə vəd edir? - GÜNİNFO
Hətta Tovuz hadisələrindən sonra Avropa və ABŞ-da keçirilən nifrət aksiyalarında bəzi ermənilərin ASALA yazılı geyimlərlə aksiyalara çıxması da təsadüf deyildi. Düşmən məkirli və rəhimsizdir.
Onu da qeyd edək ki, müharibənin getdiyi günlərdə döyüş zonasına aid olmayan Bərdəyə, Tərtərə, Gəncəyə, Naftalana, Goranboya raket və mərmilər yağdırması da Ermənistanın hərbi cinayəti, terror əməli idi. Bunun nəticəsində 93 dinc sakin həlak oldu, 400-dən çox vətəndaşımız yaralandı.
Erməni terrorunun yaşı yuxarıda qeyd etdiyimiz kimi, 100 ildən çoxdur. 1885-ci ildə yaradılan ilk erməni təşkilatı “Armenakan” klassik terror təşkilatı olub və Türkiyənin Van, Muş, Bitlis,Trabzon və İstanbulda silahlı hücumlar, terror aktları ilə “məşhudlarşıb”.
“Armenakan”dan fərqli olaraq daha ciddi təşkilatlanmış və ideoloji xətti olan “Hnçak” Partiyası 1887-ci ildə Cenevrədə yaradılıb.
ASALA | Tarihi Olaylar
Sayca 3-cü erməni siyasi təşkilatı 1890-cı ildə Tiflisdə təsis olunan “Daşnaksütyun” - Erməni Federativ İnqilab Partiyası olub.
Erməni terror hərəkatının növbəti “oyanışı” 20-ci əsrin 70-ci illərində “soyuq müharibə” dövrünə təsadüf edir. Böyük dövlətlərə növbəti dəfə Yaxın Şərqdə maşa lazım idi və Yaxın Şərqdə “soyuq müharibə” çarpışmalarında alətlərdən biri də erməni terror təşkilatları oldu. Vətəndaş müharibəsi səbəbindən xaosun hökm sürdüyü Livanda və NATO ilə SSRİ-nin “şərq cəbhəsində” yerləşən Suriyada təşkilatlanan ərəb, erməni və kürd terror qrupları böyük savaşın kiçik alətləri idi.
Bu dövrdə yeni erməni terror təşkilatları yaradılıb. Onların ən “məşhuru” “Ermənistanın azadlığı uğrunda erməni gizli ordusu” (ASALA - Armenian Secret Army for the Liberation of Armenia) Livanda 15 illik vətəndaş müharibəsinin başlandığı 1975-ci ildə yaradılıb. Təşkilatın sözdə hədəfi Ermənistanın azadlığı olsa da, nədənsə bu təşkilat əsasən Türkiyənin diplomatlarını hədəfə alıb və SSRİ-nin Yaxın Şərqdəki bir nömrəli müttəfiqi Suriya ərazisində düşərgələrə sahib olub, rahat fəaliyyət göstərib. Ən maraqlısı da odur ki, SSRİ tərkibində olan Ermənistanı azad etməyi hədəfi elan edən ASALA solçu PKK ilə müttəfiq olub, PKK və ASALA arasında ilk açıq toplantı 08.04.1980-ci il tarixində Livanın Sayda şəhərində keçirilib. O zaman hər iki təşkilatın əsas hədəfi Türkiyə dövləti olduğundan birgə əməkdaşlıq ediblər. 80-ci illərin sonunda görüntüdə fəaliyyətini dayandıran erməni əsilli ASALA-nın bəzi üzvləri PKK sıralarına keçib.
ASALA 22 ölkədə 38 şəhərdə 70-i bomba partlayışı olmaqla 110 terror hücumu həyata keçirib. Qeyri-rəsmi mənbələrə görə isə terror aktlarının sayı 182 olub.
ASALA ilə yanaşı 1970-90-cı illərdə “Erməni soyqırımına ədalət komandosları” (1972-ci il), “Erməni azadlıq cəbhəsi” (1979-cu il), “Orli qrupu” (1981-ci il), “Erməni birliyi” (1988-ci il), “Gənc ermənilər ittifaqı” (1990-cı il), “İntiharçılar eskadronu” (1981-ci il), “Erməni azadlıq hərəkatı”  (1991-ci il), “9 iyun qrupu” (1991-ci il), “Geqaron” (2001-ci il), “Apostol” (2001-ci il) və hələ də ildən ilə artan siyahı.
ASALA-nın anti-Azərbaycan aksiyalarında iştirakı yeni terror dalğası yarada  bilər - FOTO - Avtosfer.az
Son günlərdə Fransa və bir neçə başqa ölkədə ermənilərin türklərə və azərbaycanlılara hücumlarının artması ayıq-sayıqlıq üçün bir işarədir. Varşavada dinc aksiya iştirakçıların silah qaldıran, Ukraynada Azərbaycan konsulluğunu atəşə tutulması ehtiyatlı olmaq üçün bir xəbərdarlıqdır. Bu günə qədər mövcud olmuş erməni terror təşkilatlarının heç biri yox olmayıb, zaman-zaman özlərini büruzə verirlər.
Müharibədən sonra həm Azərbaycanın, həm də Türkiyənin bu məqama diqqət etməsi, səfirlik və konsulluq xidmətləri, diplomatlar, diaspor fəallarının təhlükəsizlik məsələsini diqqətdə saxlamasına ehtiyac var. Həmçinin, vətəndaşlarımız da təşvişə dümədən daim ayıq-sayıq olmalıdırlar.
Kənan RÖVŞƏNOĞLU,
“Yeni Müsavat”
Oxşar xəbərlər