Azərbaycanda 18 yaşına çatan hər kəs mülki silah əldə edə bilər

  • 14 noy 2020, 09:13
Azərbaycanda 18 yaşına çatan hər kəs mülki silah əldə edə bilər! Bunun üçün cari ilin iyulunda DİN rəhbərliyi "Mülki silahın alınması" maddəsində dəyişiklik edib.
“Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimat”da dəyişikliyə əsasən, yenilənmiş sənədin 6-cı maddəsində qeyd edildiyi kimi, mülki silahın əldə edilməsi ilə bağlı icazə sistemi Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək hüququna təminat verir.
Şəxs spirtli içkilərə, narkotik vasitələrə və ya psixotrop maddələrə aludədirsə, ruhi xəstəliyi, habelə görmə qabiliyyətinin pozulması ilə bağlı müvafiq səhiyyə orqanının tibbi rəyi olduqda onun mülki silah almaq hüququ yoxdur.
Bu barədə sənədin 6.45.2-ci yarımbəndində yazılıb.
Bundan başqa, Nazir Vilayət Eyvazovun qərarı ilə isə həmin yarımbənddə olan “səhiyyə orqanının tibbi rəyi” sözləri, “tibb müəssisəsinin rəyi” sözləri ilə əvəzlənib.
Qərar iyulun 31-dən qüvvəyə minib.
Oxşar xəbərlər